Əsas məzmuna keç

Qazaxıstan Prezidentindən strateji qərar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Strateji Planlaşdırma və İslahatlar Agentliyinin rəhbəri Aset İrqaliyevi özünə müşavir təyin edib.

Bu barədə Tezadlar.az Qazaxıstan Prezidentinin saytına istinadən xəbər verir.

“Dövlət başçısının fərmanı ilə Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri Aset İrqaliyev Qazaxıstan Prezidentinin müşaviri təyin edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, ötən ilin fevral ayından etibarən A.İrqaliyev Qazaxıstanın Strateji Planlaşdırma və İslahatlar Agentliyinin rəhbəri vəzifəsini tutur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…