Əsas məzmuna keç

Əvvəlcə evi müşahidə edir və fürsət düşən kimi oğurluq edir – FOTO

Evləri müşahidə edib oğurluq edən şəxs saxlanıldı
Tezadlar.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mƏtbuat Xidmətinin rəhbəri Elşad hacıyev məlumat paylaşıb:
“Evdə sakinlərin olmadığını fürsət bilən şəxs pəncərədən içəri daxil olaraq 2300 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
 Polisin operativ tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki:
• Şəxs əvvəlcədən ərazidə müşahidə aparıb;
• Evin boş olduğunu müəyyən edərək pəncərədən daxil olub;
• Oğurladığı zinət əşyalarını zərgərlik mağazasına satıb;
•Hadisə anı təhlükəsizlik kameraları ilə qeydə alınıb.
 Görüntülər istintaq materiallarına əlavə edilib. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…