6 Fevral 2026 / 08:39

AMERİKADA YAŞAYAN TANINMIŞ ALİM AZƏRBAYCANIN DİLÇİ ALİMLƏRİNİ BUNA GÖRƏ QINADI-ŞƏRH

ABŞ- da yaşayan tanınmış alim Tariyel Azərtürk Azırbaycanın dilçi alimlərini sərt qınayan açıqlama verib. Tezadlar.az xatırladır ki, alim özünün sosial platformasında yazır: “AXI BU CÜR NADANLIĞA NECƏ İNANMAQ VƏ DÖZMƏK OLAR, MÖHTƏRƏM DİLÇİLƏR? Ulu Astronomumuz ENLİ İSMƏ gil lövhəyə qazıyır:
“İTTƏN ƏT ALMA ABİ, İLANI DİNC İR (burax), DUR, AN Kİ,
UKKUS (Müdrik) ENLİL, UTİ İŞ ŞABATINA (HƏFTƏSİNƏ) LİBB (QURTAR) İŞİ.
ANCU (KÜLƏŞ) UTTA, ƏT ALMA ABİ, İLANI DİNC İR, DUR, AN Kİ,
UKKUS ENLİL, UTİ İŞ ŞABATINA (HƏFTƏSİNƏ) LİBB (QURTAR) İŞİ.”
Ulumuzun bu yazısını Holland professoru Marianna Voqelsanq belə heçliyə vardırır:
“O allahların atası, Duranki allahına tez-tez baxdı və
O xəyalında Enlilşipə edəcəyi səfəri təsəvvürünə gətirdi.
Anzu tez-tez allahların atası – Duranki allahına baxdı
Xəyalında Enlilşipə edəcəyi səfəri təsəvvürünə gətirdi.
Və bu cür heyvərə tərcümələri ilə doldurduğu kitablarını Amazonda tələblərinə 100-120 dollara satır a* (o).
Bizim DİLÇİLƏR DƏ ana* (ona) inanırlar…
__________________________
*a – o-nu əvəzləyir. Mixi yazı zənginliyindən istifadə edib Azərbaycan türk dili üçün tətbiq etdiyim qadın cinsinin şəxs və işarə əvəzliyidir.
* ana – ona – qadın cinsinin 3 şəxsi üçün işarə əvəzliyidir. Marianna`ya yönəlib”.
 Alim daha sonra ona “Siz nə yazmısınız? Məsələn ən axırıncı cümlənizdə “…ana inanırlar”. Bu nə məna verir?”- sualna Azərtürk belə izah verir:
“Çox yaxşı müşahidə – sualdır. Bəli. İcazə verin, izah edim, ziyada maraqlıdır:
ŞABAT – “şumer” deyilən türklərdə həftənin altıncı və həm də birinci günüymüş. Həftə günləri də, adları da ondan yaranıb. Özü də təkcə biz türklərdə yox, ŞABAT bir sıra xalqlarda həftə adlarını müəyyən edən dənizfənəri (dənizdə yolu işıqlandıran) qismində çıxış edib:
İndi farsın saydığımız bizdəki ŞƏNBƏ mütləq ŞABATIN üstündə yaranıb:
FARS – Şənbə (Vİ gün), Yekşənbə (İ), Duşənbə (İİ), Seşənbə (İİİ), Çaharşənbə (İV), Cümə (V) və Bazar (Vİİ)
YƏHUDİ-Yom Şabat (Vİ), Yom – gün deməkdir; Yom Şani (İ), Yom Şleeşi (İİ), Yom Arbah (İİİ), Yom Camaşi (İV), Yom Şəəşi (V), Yom Reşon (Vİİ)
HAY-Şapat – Şənbə – həftənin başlanğıc günü; Erkuşapti (İİ), Yerekşapti (İİİ), Çurekşapti (İV), Hinkşapti (V), Urpat (Cümə), Qiryaki (Bazar).
Ərəb də ŞABAT sözünü məndən alıb və bu Assabt (Şənbə) adında əks-səda verir.
ŞABAT sözünün bizə məxsusluğu Astronom ENLİL İSMƏNİN Yudisiyalarında daha bir yerdə dediyimiz funksiyasında işlənir:
“EREŞ (Erkəc, Qoç bürcü) ki, gələ zenitə, inə (yenə) Şəməşə (Günəşə),
Kimini iş, birini (kimini) ərim (təzə xəbər) [gözləyir], gupa nuşa (nəşə qur),
Kimə ŞABBAT gününi işləmək, sapa (çarpaz) düşər…” (yəni, kiməsə düşər-düşməzi olar).
Bu da sübut edir ki, ŞABAT Ulu Türkdə bayram günü, dinc günü imiş və bəlkə də Cıqqu At Məbədində Allaha dualar günüymüş və yəqin ki, belə olub – burasını də yəhudi ondan iqtibas edib. Bilirsiniz – ŞABAT günü inanc yəhudi dünyasında həyat dayanır…”.
Təqdim etdi: A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın

"Tariyel Azərtürk" etiketi üzrə xəbərlər

Link kopyalandı!