16 İyun 2022 / 07:44

FED GÖZLƏNİLƏN ADDIMI ATDI – PROQNOZLAR ÖZÜNÜ DOĞRULTDU

ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb…

Bu barədə FED-in press-relizində açıqlanıb. Belə ki, uçot dərəcəsi 1,50 %-ə qaldırılıb.  İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.

Qeyd edək ki, may ayında xarici mətbuatda yayılan xəbərlərə görə, ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilirdi.

 Bəzi qurumlar iyun ayında həyata keçiriləcək iclasda isə 75 faiz bəndi artım proqnozlaşdırırdı.

Və proqnozlar özünü doğrultdu – FED son 28 ildə (1994-dən) ən yüksək faiz artımına getdi…

 

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!