Ağdamın “Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib. Tezadlar.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. “Köhlən atlar” 200 xalla 60-cı sırada qərarlaşıb.
502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu (595 xal) liderdir.
Uğurlar “Qarabağ”!







