Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1200 ampul dərman preparatları aşkar edilib.