Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Mançester Yunayted”in çalışdırıcısı Maykl Kerrik İngiltərə Premyer Liqasında (EPL) yanvar ayının ən yaxşı baş məşqçisi seçilib.
Tezadlar.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Kerrikin rəhbərliyi altında komanda yanvarda “Arsenal”ı (3:2) və “Mançester Siti”ni (2:0) məğlub edərək iki qələbə qazanıb. Adıçəkilən kollektivlər turnir cədvəlində müvafiq olaraq birinci və ikinci yerdədirlər.
44 yaşlı Karrik yanvarın 13-dən “Mançester Yunayted”ə rəhbərlik etməyə başlayıb.
Qeyd edək ki, Maykl Kerrik “Mançester Yunayted”in futbolçusu kimi beş dəfə İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Avropa Liqası və Klublararası Dünya Kuboku titulunu qazanıb.