17 Fevral 2026 / 21:59

Energetika və maliyyə sektoruna yeni zərbə

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı təcavüzə görə Rusiyaya qarşı 20-ci sanksiya paketini G7 ölkələri ilə razılaşdırmağa çalışır, lakin müstəqil hərəkət etməyə də hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Brüsseldə ECOFIN-in iclasının yekunlarına dair bildirib.

“Ukraynaya dəstək çərçivəsində biz Rusiyanın hərbi iqtisadiyyatına maksimum təzyiq göstərməyə davam edirik”, – o deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası energetika, maliyyə xidmətləri və ticarətə yönəlmiş yeni tədbirlərin nəzərdə tutulduğu 20-ci sanksiyalar paketini təqdim edib.

“Biz Aİ ölkələrini bu sanksiya paketini mümkün qədər tez təsdiqləməyə çağırırıq”, – o bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!