Əsas məzmuna keç

“Qarabağ”da itki – ÇL oyununda dəyişiklik mümkün deyil

“Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.

Tezadlar.az xəbər verir ki, bunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la baş tutacaq oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

O, jurnalistin “Nəriman Axundzadə siyahıda yoxdur, əlavə kimisə sifariş etmək olar?” sualına belə cavab verib:

“Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…