“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək. Tezadlar.az “Qarabağ” FK- nın saytına istinadla bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək. Matçın baş hakimi norveçli Espen Eskos olacaq. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə baş tutacaq.
Komandamıza uğurlar diləyirik, qələbəsinə inanırıq!
SƏBUHİ







