“Gələcək üçün bacarıqlar”a təqdim edilən ən yaxşı layihələr BANM-nin komandalarının olub – FOTOLAR
Bakı Ali Neft Məktəbinin 3 komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsinin IV Tusi inkubasiya proqramı çərçivəsində keçirilən “Demo Day” tədbirində qalib olub.
Tezadlar.az xəbər verir ki, İnnovativ layihələrin təqdim edildiyi tədbirdə münsiflər heyətinin qiymətləndirməsinə əsasən ən yaxşı 3 layihə BANM komandalarına məxsus olub.
BANM tələbələrinin “Fidelis” komandası I yerə, “Paraplay” komandası II yerə, “Diyar” komandası isə III yerə layiq görülüb.
“Fidelis” komandasının üzvləri Aysel Abasova, Toğrul Abdullayev, Çingiz Məmmədov və Vüsal Hüseynov, “Paraplay” komandasının üzvləri Aysel Rəhimli və Murad Axundov, “Diyar” komandasının üzvləri isə Elçin Bayramlı və Mustafa Abdullayevdir.
Qalib olan 3 layihəyə İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmaq imkanı yaradılıb. I yerin qalibi isə Take Off İstanbul startap sammitində iştirak hüququ qazanıb.
JASMİN
JASMİN
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın