Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2026 / 05:19

Məşhur televiziya aparıcısı 43 ildir sekssiz yaşayıb və bunun səbəbini belə açıqlayıb

72 yaşlı amerikalı televiziya aparıcısı və moda məsləhətçisi Tim Qann 43 ildir ki, sekssiz olduğunu və münasibətdə olmadığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “E!News” məlumat yayıb.

Məşhur aparıcı subaylığını uğursuz münasibətlərlə əlaqələndirib. O, gəncliyində son dərəcə ağrılı bir ayrılıq yaşadığını qeyd edib.

“Ciddi ola biləcək bir münasibət haqqında nə vaxt düşünsəm, bu, Niaqara şəlaləsi kimi üzərimə çökər və sadəcə bütün istəyi öldürərdi”, – Qann izah edib.

Aparıcının sözlərinə görə, o, tək və yaxınlıqsız yaşamağa öyrəşməli olub. Eyni zamanda, o, hazırda həyat tərzindən məmnun olduğunu və heç nəyi dəyişdirmək istəmədiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!