Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

72 yaşlı amerikalı televiziya aparıcısı və moda məsləhətçisi Tim Qann 43 ildir ki, sekssiz olduğunu və münasibətdə olmadığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “E!News” məlumat yayıb.
Məşhur aparıcı subaylığını uğursuz münasibətlərlə əlaqələndirib. O, gəncliyində son dərəcə ağrılı bir ayrılıq yaşadığını qeyd edib.
“Ciddi ola biləcək bir münasibət haqqında nə vaxt düşünsəm, bu, Niaqara şəlaləsi kimi üzərimə çökər və sadəcə bütün istəyi öldürərdi”, – Qann izah edib.
Aparıcının sözlərinə görə, o, tək və yaxınlıqsız yaşamağa öyrəşməli olub. Eyni zamanda, o, hazırda həyat tərzindən məmnun olduğunu və heç nəyi dəyişdirmək istəmədiyini bildirib.
E.ŞİRİNOV