Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2026 / 09:18

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gecə cavab oyununu keçirib. Tezadlar.az- ın məlumatına görə, “Sent-Ceyms Park” stadionunda İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşan “Qarabağ” bu dəfə 2:3 hesabı ilə uduzub. Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər. İlk matçda da rəqibinə uduzan (1:6) “köhlən atlar” Çempionlar Liqası ilə vidalaşıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!