Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2026 / 19:33

“Çelsi” – “Vest Hem” matçındakı dava baha başa gəldi

İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın XXIV turunda keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı qərarını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Çelsi” və “Vest Hem” klubları oyunçuların nalayiq davranışı və matçın sonunda yaranmış kütləvi qarşıdurmaya görə cərimələniblər.

FA-nın qərarına əsasən, “Çelsi” 325 min, “Vest Hem” isə 300 min funt sterlinq məbləğində maliyyə sanksiyasına məruz qalıb. Bildirilib ki, hər iki klub futbolçularının uyğunsuz, təxribatçı və aqressiv davranışlarının qarşısını almaq üçün yetərli tədbirlər görməyib.

Qeyd edək ki, yanvarın 31-də keçirilən görüşdə “Çelsi” öz meydanında “Vest Hem”i 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın əlavə olunmuş vaxtının 7-ci dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Adama Traore top uğrunda mübarizə zamanı meydan sahiblərinin müdafiəçisi Mark Kukurelyanı itələyib. Bu epizoddan sonra futbolçular arasında gərginlik artıb və meydanda kütləvi dava baş verib.

Hadisə zamanı “Vest Hem”in müdafiəçisi Jan-Kler Todibo “Çelsi”nin hücumçusu Joao Pedronun boğazından tutduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

FA qarşılaşma ilə bağlı əlavə intizam tədbirlərinin mümkünlüyünü də istisna etməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!