Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Fevral 2026 / 13:08

Kolumbiya Universitetinin azərbaycanlı tələbəsi azadlığa buraxılıb – mer Trampa söylədikdən sonra

Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin kampusunda cümə axşamı federal miqrasiya agentləri tərəfindən saxlanılan azərbaycanlı tələbə Nyu-York meri Zöhran Mamdaninin Ağ evdə Donald Trampla keçirdiyi görüşdən sonra azadlığa buraxılıb.

Tezadlar.az xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi açıqlama yayaraq federal agentlərin Kolumbiya Universitetinin kampusunda 2016-cı ildə Obama administrasiyası dövründə dərslərə davam etmədiyi üçün tələbə vizası ləğv edilmiş Azərbaycandan olan qeyri-qanuni əcnəbi Elmina Ağayevanı saxladıqlarını bildirib.

“The New York Times” qəzetinin yazdığına görə, tələbənin dostları və universitet rəhbərliyi onu dəyişdirilmiş adı ilə – Elli kimi təqdim edir. O, siyasi elmlər və neyrobiologiya ixtisasları üzrə təhsil alır. Qəzetin məlumatına əsasən, onun 29 yaşı var.

Kolumbiya Universiteti və Nyu-York siyasətçiləri bildiriblər ki, ICE əməkdaşları itkin düşmüş şəxsi axtarmaq bəhanəsi ilə və özlərini Nyu-York polisi kimi təqdim edərək məhkəmə qərarı olmadan universitetin yataqxana binasına daxil olublar. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə bu iddiaları təkzib edib.

Trampla görüşdən sonra Nyu-York meri Zöhran Mamdani sosial şəbəkələrdə yazıb ki, prezident ona zəng edərək Ellinin yaxın vaxtlarda azadlığa buraxılacağı barədə məlumat verib.

Merin paylaşımından az sonra universitet və Elli özü sosial şəbəkə hesablarında onun sərbəst buraxıldığını təsdiqləyiblər.

“Bir müddət əvvəl çıxdım, təhlükəsizəm və yaxşıyam. Baş verənlər məni tam şoka salıb. Hər şeyi anlamaq üçün bir az zamana ehtiyacım var”, – tələbə 107 min izləyicisi olan “Instagram” hesabında yazıb.

 

fed

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!