28 Fevral 2026 / 09:36

Tramp FTB-nin direktorunu buna görə danladı

ABŞ prezidenti Donald Tramp FTB-nin direktoru Keş Patelin İtaliyada keçirilən Qış Olimpiya Oyunlarındakı davranışından sonra ondan narazılığını bildirib.

Tezadlar.az bildirir ki, NBC-nin məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, Tramp Patelə ABŞ xokkey komandasının qələbəsini qeyd etməsindən və FTB direktorunun pivə içməsindən məyus olduğunu bildirib.

Prezident həmçinin Patelin Milana səfəri üçün hökumət təyyarəsindən istifadə etməsini də tənqid edib. Bu arada, Ağ Evin sözçüsü Abigail Jackson Trampın administrasiyasına tam etibar etdiyini bildirib.

Xatırladaq ki, Patelin İtaliyada olduğu müddətdə silahlı bir şəxs Trampın Floridadakı iqamətgahına girməyə cəhd edib və güllələnib. Demokrat senatorlar Patelin səfərinin FTB-ni sürətli reaksiya üçün hava qüvvələrindən məhrum etməsi faktının araşdırılmasını tələb ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!