28 Fevral 2026 / 13:35

Cənubi Karolinadakı çıxışından sonra Baydenə pilləkənlərdən enməsinə kömək edildi

ABŞ-ın keçmiş prezidenti Co Bayden Cənubi Karolinadakı çıxışından sonra pilləkənlərdən enərkən köməyə ehtiyac duydu.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat verib.

Çıxışı zamanı o, Rusiya prezidenti Vladimir Putinlə digər dünya liderlərindən daha tez-tez görüşdüyünü bildirib.

Çıxışını bitirdikdən sonra Bayden sol əli ilə tutacaqdan tutaraq pilləkənlərdən enməyə başlayıb. Sağ əlini yaxınlıqda dayanan bir şəxsə, ehtimal ki, köməkçisinə və ya təhlükəsizlik işçisinə uzatdı. Həmin şəxs onun əlindən tutub qolunu belinin alt hissəsinə qoyub pilləkənlərin altına apardı.

Bu dəfə heç bir insident baş verməyib. Lakin prezidentliyi dövründə Bayden dəfələrlə büdrəyib yıxılıb və sosial mediada tez-tez memlərin mövzusuna çevrilib. Məsələn, hələ vəzifədə olarkən Filadelfiyadakı bir tədbirdə səhnəyə çıxmağa çalışarkən tarazlığını itirib və büdrəyib.

Daha əvvəl Bayden Detroytda təyyarənin pilləkənlərindən enərkən az qala yıxılacaqdı. 80 yaşlı siyasətçi tarazlığını itirib büdrəyib, lakin özünü tutub aşağı enməyi bacarıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!