28 Fevral 2026 / 21:44

Azərbaycanda istehlakçıların kolbasaya tələbatı artıb – ehtiyat azalıb

Bu ilin yanvar ayında Azərbaycanda 2 600 ton kolbasa istehsal edilib.

Tezadlar.az  bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə kolbasa istehsalı 144,9 ton və ya 5,9% artıb.

2025-ci ilin yanvar ayında ölkədə 2 455 ton kolbasa istehsal edilmişdi.

Kolbasanın sürətli satışı özünü rəqəmlərdə göstərir. Belə ki, 1 fevral 2026-cı il vəziyyətinə anbarlarda hazır kolbasa ehtiyatı cəmi 19 ton təşkil edib ki, bu da illik müqayisədə 38,3 ton və ya 3 dəfə azdır.

Xatırladaq ki, ötən ilin eyni dövründə anbarlarda hazır kolbasa ehtiyatı 57,3 ton olmuşdu.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!