1 Mart 2026 / 12:18

Keçmiş spiker: İrana qarşı hərbi əməliyyat lazımsız bir müharibədir

ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarı Amerika qoşunlarını təhlükəyə atan və Yaxın Şərqi qeyri-sabitləşdirən yeni bir “lazımsız” müharibəni göstərir.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi sosial media platformasında yazıb.

“Prezident Trampın İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarı hərbçilərimizi təhlükəyə atan və onsuz da kövrək olan bölgəni qeyri-sabitləşdirən yeni, lazımsız bir müharibəni göstərir. Konstitusiya açıq şəkildə bildirir: ölkəmizi müharibəyə sürükləyən qərarlar Konqres tərəfindən təsdiqlənməlidir”, – deyə Pelosi yazıb.

28 fevralda ABŞ və İsrail İrana qarşı birgə əməliyyata başlayıblar. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, bu əməliyyatın səbəbi İran hökumətinin nüvə ambisiyalarından imtina etmək istəməməsi olub.

Hücumlara cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlar edib. 1 mart gecəsi Tramp İranın Ali Lideri Əli Xameneinin öldürüldüyünü elan edib, bunu İrandakı bir xəbər agentliyi sonradan təsdiqləyib.

İranın İRNA xəbər agentliyinin məlumatına görə, müvəqqəti liderlər vəzifəsini prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri və Keşikçilər Şurasının üzvü yerinə yetirəcək. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İctimaiyyətlə Əlaqələr Ofisi İran ordusunun tarixində “ən qəddar” hücum əməliyyatını elan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!