Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ararat və Armavir bölgələrinə seçki kampaniyası zamanı marketdən qovulub.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Artaşat şəhərində Paşinyan mağazaya “kamera qarşısında” girib ictimaiyyətlə söhbət etmək qərarına gəlib. Lakin, xoşagəlməz bir vəziyyət yaranıb. Piştaxtanın arxasından bir gənc çıxıb, qəfildən baş nazirin girişini kəsib “Çıx” deyib qapını bağlamağa çalışıb. Paşinyan gülümsəməyə davam edib, amma vəziyyət “seçkilərlə əlaqəli deyildi”.
Ekspertlər mağaza sahibinin indi çoxsaylı yoxlamalara məruz qalacağından və ya hətta mağazanı tamamilə bağlamaq cəhdlərindən ehtiyat edirlər.
E.ŞİRİNOV