1 Mart 2026 / 20:12

İranın düşmənlərinin bazalarına yeni zərbələr endiriləcək

Prezident Məsud Pezeşkian bildirib ki, İran ordusu düşmən bazalarını darmadağın etməyə davam edəcək.

Tezadlar.az bildirir ki, bu barədə “Tasnim” məlumat verib.

28 fevral və 1 mart tarixlərində İİKK Yaxın Şərqdəki ABŞ hərbi bazalarına bir sıra raket zərbələri endirib. Hücumlar ABŞ və İsrail tərəfindən İrana qarşı aparılan genişmiqyaslı əməliyyata cavab olaraq həyata keçirilib.

Prezident vurğulayıb ki, Ali Lider Əli Xameneinin ABŞ qüvvələri tərəfindən öldürülməsi İran üçün fəlakət olub.

Onun sözlərinə görə, ölkə hökuməti mənəvi liderin və “həmçinin bütün həqiqət axtaranların yolunu” davam etdirəcək.

“İran İslam Respublikasının Silahlı Qüvvələri düşmən bazalarını güclü şəkildə darmadağın etməyə və həmişə olduğu kimi, rəqiblərini məyus etməyə davam edəcək”, – Pezeşkian qeyd edib.

Dövlət başçısı həmçinin mərhumun ailəsinə və dostlarına başsağlığı verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!