2 Mart 2026 / 05:19

Vaşinqton İrana qarşı əməliyyatda itkilər gözləyir – Tramp

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı əməliyyatda itkilər gözlədiyini bildirib.

Tezadlar.az bildirir ki, bu açıqlama üç Amerika əsgərinin ölümündən sonra verilib.

Ağ Ev rəhbəri əlavə edib ki, itkilərə baxmayaraq, nəticə “dünya üçün əla bir şey” olacaq. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, beş Amerika hərbçisinin yaralanması barədə də məlumatlar var.

“Üç (öldürülmüş – red.) var, amma gözləyirik ki, (daha çox – red.0, amma nəticədə bu, dünya üçün əla bir şey olacaq”, – deyə Tramp “NBC”-yə verdiyi müsahibədə bildirib.

Bir müddət əvvəl Tasnim İranın BƏƏ-yə raket zərbəsi nəticəsində altı yüksək rütbəli MKİ zabitinin öldürüldüyünü bildirmişdi. Agentliyin məlumatına görə, daha iki Amerika kəşfiyyat zabiti yaralanıb. Vaşinqton bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!