2 Mart 2026 / 06:20

İran İraq Kürdüstanındakı ABŞ bazasına hücumun nəticələrini açıqladı

Ərbildəki (İraq – RED.) ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumundan sonra böyük yanğın baş verib.

Tezadlar.az bildirir ki, bu barədə İran televiziya kanalı Press TV məlumat verib.

İran mediasının məlumatına görə, pilotsuz təyyarə hücumundan sonra Amerika obyektindəki sursat anbarı alovlanıb. Zərbə yanğına və ikinci dərəcəli partlayışlara səbəb olub. Bazanın üzərində qalın tüstü müşahidə olunub.

Bəzi mənbələr iddia edir ki, “Patriot” hava hücumundan müdafiə sistemi vurulmuş ola bilər.

“Əl-Ərəbiyyə” əvvəllər İraq Kürdüstanındakı Amerika bazasına pilotsuz təyyarənin hücum etdiyini bildirmişdi. Bölgədəki ABŞ konsulluğunda da həyəcan siqnalı qeydə alınıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!