Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya, Fransa və Birləşmiş Krallıq liderləri əgər ölkə Yaxın Şərqdəki müttəfiqlərinə zərbələr endirməyə davam edərsə, İranı hərbi əməliyyatlarla hədələyiblər.
Tezadlar.az xəbər verir ki, Aİ-3 liderlərinin birgə bəyanatı Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Keyr Starmerin “Tehranın Yaxın Şərq ölkələrinə qarşı ayrı-seçkilik etməyən və qeyri-mütənasib raket hücumlarından dəhşətə gəldikləri” bildirilir.
“Biz İranı bu ehtiyatsız hücumları dərhal dayandırmağa çağırırıq. Biz öz maraqlarımızı və regiondakı müttəfiqlərimizin maraqlarını qorumaq üçün addımlar atacağıq”, – bəyanatda deyilir. London, Paris və Berlin bu məsələdə Vaşinqton və onların regional müttəfiqləri ilə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Daha əvvəl Fransa təyyarədaşıyan gəmisi “Şarl de Qoll” və onun zərbə qrupunun istiqamətini dəyişərək Şərqi Aralıq dənizinə doğru getdiyi bildirilirdi. Hərbi gəmi Baltik dənizindəki missiyasını dayandıraraq Yaxın Şərqə doğru getməyə məcbur olub.
E.ŞİRİNOV