Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp iddia edir ki, İran ona iki dəfə sui-qəsd etməyə cəhd edib, lakin Amerika qüvvələri əvvəlcə Ali Rəhbər Əli Xameneiyə çatıb.
Tezadlar.az xəbər verir ki, bunu Amerika lideri ABC-yə verdiyi müsahibədə deyib.
“Mən onu (Xamenei – red.) o məni tutmazdan əvvəl tutdum. Onlar iki dəfə cəhd etdilər. Yaxşı, mən onu tutdum”, – Tramp etiraf edib.
28 fevral səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Millətə müraciətində Amerika lideri ABŞ və İsrailin İrana hücumlarını Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbr”lə əlaqələndirib.
İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Zərbələrdən biri Ali Rəhbər Əli Xameneinin iqamətgahına dəyib; o, sağ qalmayıb. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücum edib.
Daha əvvəl İran Təhlükəsizlik Şurası Trampın “boş ümidlər” üzündən Yaxın Şərqi xaosa saldığını bildirib.
E.ŞİRİNOV