Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Tezadlar.az-ın əldə etdiyi məlumata əsasən, fevralın 28-dən martın 2-si səhər saat 14:00-a qədər sərhədi 131 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 81, Rusiyanın 47, Pakistanın 32, Səudiyyə Ərəbistanının 18, Tacikistanın 30, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.