Dövlət katibi təfərrüatları açıqlamasa da, respublikaya qarşı “ən ciddi zərbələrin” hələ vurulmadığını qeyd edib
ABŞ-İsrail hərbi əməliyyatının növbəti mərhələsi İran üçün daha da ağır olacaq.
Tezadlar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuata açıqlamasında deyib.
“Taktiki səylərimizin təfərrüatlarını açıqlamayacağam. Lakin Amerika qüvvələrinin ən ciddi zərbələri hələ vurulmayıb. Əməliyyatın növbəti mərhələsi İran üçün indikindən daha ağır olacaq”, – deyə o, ABŞ Konqresinin zalında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
E.ŞİRİNOV







