İsrailin baş naziri maraqlı çıxışı ilə diqqəti çəkib. “Şimali Koreyanı heç kim dayandıra bilmədi və indi onun nüvə silahları və ballistik raketləri var. İran 50 Şimali Koreya kimidir. O, ABŞ-ın məhvinə sadiqdir. Prezident Tramp bu reallığı başa düşür”,- deyən İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsi zamanı belə deyib. O, eyni zamanda, İsrailin İrana hücumunun sürətli və qətiyyətli olduğunu, onun uzun sürən münaqişəyə çevrilməyəcəyini bildirib: “Biz hər şeyi ölçüb- biçmişik… Bu müharibə sonsuz olmayacaq. Bu, sürətli və qətiyyətli əməliyyat olacaq”, – Netanyahu şərh edib.
Baş nazir bildirib ki, İran rejimi artıq son günlərini yaşayır, məhvə məhkumdur!







