Deyəsən, efirlərimiz təmizlənir, qulaqlarımız dincələcək, gözümüz yağır olmayacaq… Belə ki, bəzi verilişlərin bağlanması və müğənnilərə efir qadağası qoyulmasından sonra Azərbaycan teleməkanında dəyişikliklər də baş verib. Bundan sonra efirə daha çox sənəti və efir etikası ilə seçilən müğənnilər dəvət olunur. Məsələ ondadır ki, danışığını bilməyən aparıcılar da ələkdən keçiriləcək… Ən dəhşətlisi budur ki, Rəqsanə İsmaylova, Aysun İsmayılova və Şəbnəm Tovuzlu da efirə buraxılmayacaq. Bəs onların pərəstişkarları neyləyəcək? Artıq bu pərəstişkarlardan bəzilərinin intihar etməsi, özünü yandırması barədə xəbərlər və şaiyələr dolaşır… Bir sözlə, bəzi TV- lərin bankrot olma ehtimalı var. İndi efirə buraxılmayanlar TikTok- a axın edəcək!
Səbuhi