4 Mart 2026 / 05:30

Xamenei doğulduğu şəhərdə dəfn olunacaq – “Fars”

İranın Ali Liderinin cənazəsi Tehranda keçiriləcək vida mərasimindən sonra Məşhədə aparılacaq

İsrail-ABŞ hücumunda öldürülən İranın Ali Lideri Əli Xamenei doğulduğu şəhər Məşhədə dəfn olunacaq.

Tezadlar.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı “Fars” xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, Ali Liderin cənazəsinin Tehranda keçiriləcək vida mərasimindən sonra Məşhədə aparılması planlaşdırılır. Dəfn mərasimlərinin tarixləri dəqiqləşdirilir və tezliklə açıqlanacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!