Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniyanın İrana qarşı mümkün zərbələr üçün öz hərbi bazalarını təqdim etməməsi və müdafiə büdcəsini artırmaqdan imtina etməsi Vaşinqtonun Madridlə ticarət münasibətlərini dayandırmaq qərarına səbəb olub.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O qeyd edib ki, İspaniya NATO çərçivəsində müdafiə xərclərini ÜDM-in 5 faizinə yüksəltməyə razılıq verməyən yeganə ölkədir.
“Biz İspaniya ilə bütün ticarət əlaqələrini kəsəcəyik. Bu ölkə ilə hər hansı əməkdaşlıq etmək niyyətində deyilik”, – deyə Tramp vurğulayıb.