Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Müdafiə Nazirliyi İranın hökumət məhəlləsinə endirilən zərbələrin süni intellektlə hazırlanmış görütülərini yayımlayıb.
Tezadlar.az xəbər verir ki, hücum zamanı əsas hədəflər sırasında İran Prezidenti Məsud Pezeşkianın ofisi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın binası, təhlükəsizlik məsələləri üzrə yüksəksəviyyəli forumun iclas yerləri, hərbi zabitlərin hazırlanma müəssisəsi və digər vacib infrastruktur obyektləri olub.
Qeyd olunan obyektlərə çoxsaylı döyüş sursatlarının atıldığı bildirilir. Məlumata görə, kompleksə zərbə İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat idarəsi tərəfindən həyata keçirilən uzunmüddətli kəşfiyyat məlumatlarının toplanması və təhlili prosesindən sonra endirilib.
qafqazinfo