4 Mart 2026 / 06:09

İranın Ali Lideri seçkiləri 6 martdan sonra baş tuta bilər

Ekspertlər Şurasının iclası üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb

ABŞ və İsrail tərəfindən Ayətullah Əli Xameneinin öldürülməsindən sonra İranın yeni Ali Liderinin seçilməsi 6 martdan sonra keçirilə bilər.

Tezadlar.az bildirir ki, bu barədə “Fars” xəbər agentliyi mənbəyə istinadən məlumat verib.

“Şuranın lideri seçmək üçün sonuncu şəxsən iclasının gələn həftə şəhid liderin dəfn mərasimindən sonraya təxirə salınması mümkündür (İranda iş həftəsi şənbə günü başlayır – RED.)”, – agentliyin mənbəyi bildirib.

Mənbənin məlumatına görə, Ekspertlər Şurasının iclası üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!