Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən aparılan araşdırmalar nəticəsində İranda nüvə silahının mövcudluğu təsdiqlənməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə əsasən, həyata keçirilən yoxlamalar zamanı ölkədə nüvə silahına dair hər hansı sübut müəyyən olunmayıb.
Bununla belə, Qrossi vurğulayıb ki, İranın kifayət qədər şəffaf davranmaması onun nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını qəti şəkildə deməyə əsas vermir.