Əsas məzmuna keç

SEPAH İsrailin Müdafiə Nazirliyinin binasına zərbə endirdi

Ötən İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildə bir sıra hərbi obyektlərə zərbələr endirib. Tezadlar.az CNN- Türk-ün canlı efirinə istinadla bildirir ki, SEPAH İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdə yerləşən “Kirya” kompleksindəki binasına, eləcə də Təl-Əviv və Petax-Tikva şəhərlərindəki hərbi obyektlərə hava zərbələri endirib.

Qeyd olunub ki, zərbələr həmçinin Qərbi Qalileyada yerləşən bir neçə hərbi mərkəzi də hədəf alıb. İsrail tərəfi hələlik açıqlama verməyib.

Müharibə isə davam edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…