4 Mart 2026 / 08:37

İsrail İranın gizli nüvə obyekti məhv etdi- MÖCÜZƏ

İran ötən gecı dəhşətlər yaşamalı olub. Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, İsrailin Hərbi Hava Qüvvələri Tehranın kənarında yerləşən gizli nüvə obyektini məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinə (IDF) də məlumat yayıb. Bəlli olur ki, qismən yeraltı olan və “Minzadehei” adlanan obyektdə bir qrup nüvə alimi “nüvə silahı üçün tələb olunan imkanların gizli şəkildə inkişafı üzərində çalışırmış”.

Qeyd olunur ki, 2025-ci ilin iyununda İsrail və İran arasında baş vermiş 12 günlük müharibə zamanı nüvə obyektlərinə zərbələr endirilsə də, Tehran hərbi nüvə fəaliyyətini dayandırmayıb və infrastrukturu hava hücumlarından qorunan yeraltı məkana köçürərək işləri davam etdirib. “İran nüvə alimlərinin fəaliyyəti izlənilib və onların yeni fəaliyyət yeri müəyyən edildikdən sonra “gizli kompleksə dəqiq zərbə” endirilib”, – İsrail Müdafiə Qüvvələrindən bildirilib.

İran rəsmiləri hələki faktı təsdiq etmir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!