4 Mart 2026 / 09:30

Ayətullah Əli Xameneinin oğlu yeni ali lider seçilib?- MÜƏMMA

Xameneinin ölümü İranda çaş başlıq yaradıb. Çünki hər yeni yüksək rütbəli öldürüldükdən sonra yerinə kim gəlirsə, İsrail raketləri onları də dərhal hədəfə alır. İndi Xameneinin yerinə təyinatda da oxşar tərəddüd və qorxu var. İranın Ekspertlər Şurası isə artıq Müctəba Xameneini İslam Respublikasının növbəti ali lideri seçib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu qərar ABŞ və İsrailin hücumları nəticəsində ayətullah Əli Xameneinin öldürülməsindən sonra qəbul edilib. Bundan əvvəl “Fars” agentliyi yeni ali liderin seçilməsinin martın 6-dan sonra baş tuta biləcəyini bildirmişdi. Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Lakin İran mediasında bu barədə xəbərlər var.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!