Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün təhsil nazirinin müavini Firudin Qurbanov mötəbər bir tədbirdəki çıxışı ilə diqqəti çəkib və ciddi ictimai müzakirənin baş qəhrəmanı olub. Nazir müavini deyib ki, məzun iş axtarmamalı, özü iş yeri açmalıdı!
O boyda nazir müavini başa düşmürsə ki, əli diplomlularmız işi əli çıraqlı axtarır, arxasında, yanında bir himayəçisi olmasa, bu mümkünsüz olur, daha nə deyək?! Axı Firidun müəllim gözəl bilir ki, elə ixtisaslar var ki, o diploma sahib olan gənc heç cürə iş yeri aça bilməz, ona iş yeri açılmalıdır! Bunu isə bir vaxtlar təyinatları ilə TN edirdi, NK edirdi… İndi hamı gəncləri özbaşına buraxıb ki, get… Ona görə də narkomanların, oğruların… böyük əksəriyyətinin ali təhsilli olduğu üzə çıxır! Ya da, ola bilsin Firudin müəllim hansısa deputatın, nazirin oğlunun… böyük şirkətlər açıb çalışdığını görüb deyə, belə düşünür…
A.Məmmədli