4 Mart 2026 / 12:13

Fars körfəzi ölkələrinin vəziyyəti çətinləşdi – İran Hörmüz boğazını bağladı

Hörmüz boğazı Fars körfəzi ölkələrindən neft ixracı üçün yeganə çıxış yoludur.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə bildirib ki, İran Hörmüz boğazından bütün hərəkətlərə qadağa qoyub. Buraya neft tankerləri və kommersiya gəmiləri daxildir,

Qeyd edək ki, bu barədə “Kommersant” yazıb.

“İran Hörmüz boğazından hərəkətə qadağa qoyduqdan sonra neft, kommersiya və balıqçılıq gəmilərinin bu boğazdan hərəkəti qeyri-mümkün hala gəlib”, – deyə Məhəmməd Əkbərzadə bildirib (Fars agentliyi sitat gətirib).

Məhəmməd Əkbərzadənin sözlərinə görə, onlardan çox tanker Hörmüz boğazının təhlükəli olması ilə bağlı əvvəlki xəbərdarlıqlara məhəl qoymayıb. Onun sözlərinə görə, İran onları “müxtəlif raketlərlə” vurub.

Hörmüz boğazı Fars körfəzi ölkələrindən neft ixracı üçün yeganə çıxış yoludur.

Hormuz tanker

ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlamasından sonra media gəmilərin İİKK-dan dəniz yolunun bağlanması barədə mesajlar aldığını bildirib.

2 martda İran Xarici İşlər Nazirliyi Tehranın boğazı bağlamaq planının olmadığını açıqlayıb. Daha sonra İİKK İranın Hörmüz boğazından keçməyə çalışan bütün gəmiləri yandıracağı ilə hədələdi.

Daha əvvəl ABŞ-ın  İranın 17 gəmisini və bir sualtı qayığını məhv etdiyi bildirilmişdi.

Əlavə edək ki, qlobal neftin 20%-dən çoxu məhz Hörmüz boğazı vasitəsilə daşınır.

Analitiklərin fikrincə, əgər boğazın bağlanması uzunmüddətli olarsa, neftin qiymətinin 100 dolları keçə biləcəyini gözləyirlər.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!