Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nazirliyin sözçüsü Mariya Zaxarova Azərbaycan hakimiyyətinə minnətdarıq edib
Rusiyanın Xarici İşlər Nazirliyi bir daha Rusiya vətəndaşlarına hələlik İrana səyahət etməkdən çəkinməyi və artıq orada olanların ölkəni mümkün qədər tez tərk etmələrini tövsiyə edib.
Tezadlar.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, “Bu və ya digər səbəbdən ölkədə olan həmvətənlərimizdən (İran – RED.) mümkün qədər tez getməyə çalışmalarını xahiş edirik”. O, İranda qalanlara Rusiya diplomatları ilə “əlaqədə qalmağı” tövsiyə edib.
“Rusiya vətəndaşlarına İslam Respublikasına səyahət etməkdən çəkinməyi tövsiyə etməyə davam edirik”, – Zaxarova qeyd edib.
“Rusiya vətəndaşlarının İrandan öz quru sərhədlərindən maneəsiz çıxmasının təmin edilməsində göstərdikləri köməyə görə Azərbaycan, Ermənistan və Türkmənistan hakimiyyətlərinə minnətdarıq”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.
3 martda Rusiya səfirliyi işçilərinin ailə üzvləri olan qadın və uşaqlardan ibarət böyük bir qrup təcili olaraq Azərbaycana təxliyə edilib və daha sonra Moskvaya aparılıb”, – o, aydınlıq gətirib.
E.ŞİRİNOV