4 Mart 2026 / 15:29

Makron ABŞ və İsrailin İrana hücumlarını “qanunsuz” adlandırdı, amma…

Makron ABŞ və İsrailin İrana hücumlarını qanunsuz adlandırsa da, Tehranı gərginliyə görə günahlandırdı

Fransa prezidenti Emmanuel Makron şənbə günü başlayan və Ali Lider Əli Xameneinin ölümü ilə nəticələnən ABŞ-İsrail hücumlarının qanunsuz olduğunu və Paris tərəfindən təsdiqlənə bilməyəcəyini bildirdi.

Tezadlar.az bu barədə “Politico”ya istinadən xəbər verir.

Makron bu açıqlamanı çərşənbə axşamı milli televiziyada verib. ABŞ və İsraili tənqid etsə də, Yaxın Şərqdəki gərginliyə görə məsuliyyəti yalnız İranın üzərinə qoyub.

Lakin “Politico” qeyd edib ki, bu cür tənqid Fransanın Vaşinqtonla münasibətlərini çətinləşdirə bilər, çünki Paris ABŞ və İsrail müttəfiqlərinin bölgədəki hərəkətlərini açıq şəkildə pisləyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!