4 Mart 2026 / 15:39

Xamenei ilə vida mərasimi İsrailin raket hücumu səbəbindən təxirə salındı- TƏCİLİ

İsrailin hədələri işə düşdü: Xamenei ilə vida mərasimi təxirə salındı. Çünki vida mərasiminə ölkənin prezidenti və bütün dini, siyasi liderlər qatılmalı idi. Bu isə İsrail və ABŞ kəşfiyyatı üçün ən optimal hücum şansı demək idi. Necə deyərlər, hamı gəmidədir!

Tezadlar.az həm də xəbər verir ki, Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurası məlumat yayıb ki, İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb. Bildirilib ki, vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.

Lakin tezadlar.az bir daha xatırladır ki, bu sırf təhlükəsizlik tədbirləri ilə bağlıdır və doğru qərardır!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!