4 Mart 2026 / 16:43

Blogger Ülviyyə Alovludan Fazil Qəzənfəroğluna qəzəb dolu cavab- İNANILMAZ

Deputat Fazil Qəzənfəroğlunun “Çox vaxt qadlnlar ilk uşaqdan sonra aliment almaq üçün boşanırlar” kimi fikirlər səsləndirməsi cəmiyyətdə böyük narazılıq doğurub. Sosial şəbəkələrdə siyasilər, TikToker -lər, bloggerlər… Deputatı sərt qınayan açıqlamalar yaymaqdadırlar. Blogger Ülviyyə Alovlu deputatı yıxıb- sürüyüb… Sitat: “Ay fazil, bəs, insanları boşanmağa sürükləyən sosial problemlərdən niyə danışmırsan? İcazən yoxdur? Qadını boşanma həddinə çatdıran narkomaniyadan niyə danışmırsan?Baronların icazə vermir? Verilməyən uşaq pulundan niyə söz açmırsan? Qara kassadan payın kəsilər? Ölkənin yarısı fahişəliklə pul qazanır, onun yanında aliment nədir ki? Bu haqda danışmağa hünərin çatar? Vəziyyət o həddə çatıb ki, kişilər də dönüb qadın olur ki, fahişəliklə pul qazansınlar. Səbəbini bilirsən? Bil ki, səbəbi qadınlar deyil. Sizlərin yarıtmaz idarəetməsidir! Ölkəni fahişəxanaya çevirmisiniz… Ölkənin namusunu çəkməli kişilər olmalıydınız, qeybət edən oldunuz”.
Təəssüflər ki, bunlar acı reallıqların bir parçasıdır!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!