4 Mart 2026 / 23:16

İranın PUA Hücumları 73% Azaldı

ABŞ hərbi əməliyyatları genişləndirmək və İran ərazisinin dərinliklərinə doğru irəliləməyə başlamaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sədri general Den Keyn ABŞ-nin müharibə naziri Pit Heqsetlə birgə mətbuat konfransında bildirib.

“İndi biz İran ərazisinin daha dərinliklərinə zərbələr endirərək və ABŞ qüvvələri üçün əlavə manevr azadlığı yaradaraq əməliyyatı genişləndirməyə başlayacağıq”, – general qeyd edib.

Onun sözlərinə görə, İranın pilotsuz uçuş aparatları ilə hücumlarının sayı döyüş əməliyyatlarının ilk günləri ilə müqayisədə 73 % azalıb: “Əldə olunan irəliləyiş CENTCOM-a İran sahilinin cənub cinahında havada üstünlük əldə etməyə, sarsıdıcı dəqiqlik və atəş gücü ilə onların müdafiəsini yarmağa imkan verib”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!