İİKK həmçinin İsrail Müdafiə Nazirliyinin binasına hücum edildiyini bildirib
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, elit İran ordusu bölməsi) Təl-Əviv ətrafındakı Ben-Qurion Beynəlxalq Hava Limanına raket hücumu etdiyini iddia edib.
Tezadlar.az xəbər verir ki, bu barədə mətbuat açıqlamasında bildirilib.
“İİKK İsrail Müdafiə Nazirliyinin binasında və Ben-Qurion Beynəlxalq Hava Limanında strateji hədəflərə qarşı hipersəs raketlər və dronlardan istifadə edərək hücum təşkil edib”, – açıqlamada bildirilib. Həmçinin qeyd olunub ki, İİKK artıq “bölgədə yerləşdirilən yeddi qabaqcıl ABŞ və İsrail radarını” məhv edib.
E.ŞİRİNOV







