Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının gedişatını 10 üzərindən 15 balla qiymətləndirib.
“Kimsə məndən birdən ona qədər şkala üzrə necə qiymətləndirəcəyimi soruşdu və mən “Haradasa 15 ətrafında” dedim”, – Tezadlar.az xəbər verir ki, o, Ağ Evdə bildirib.
Tramp həmçinin əməliyyatı davam etdirəcəyinə söz vermişdi.
Daha əvvəl İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı əməliyyatın əvvəlcə 2026-cı ilin ortalarında planlaşdırıldığını, lakin hadisələrin gedişatına görə təxirə salındığını bildirmişdi.
28 fevralda ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başladılar. Buna cavab olaraq Tehran Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum etdi.
E.ŞİRİNOV