Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

MSNBC-yə verdiyi müsahibədə İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvanç Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümündən sonra üç nəfərdən ibarət müvəqqəti idarəetmə orqanının yaradıldığını bildirib.
“Üç nəfərdən ibarət yeni bir qurum yaradılıb və onlar yeni lider seçilənə qədər idarə edəcəklər… biz yeni liderin seçilməsi üçün zəmin hazırlamaq üzərində işləyirik”, – Tezadlar.az-ın məlumatına görə, “RİA Novosti” onun sözlərinə istinadən xəbər verir.
Bir müddət əvvəl İran Ekspertlər Şurasının üzvü Ayətullah Müctəba Hüseyni yeni Ali Rəhbərin seçilmə tarixinin hələ müəyyən edilmədiyini bildirib.
E.ŞİRİNOV