Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Kuba hökumətinin süquta uğraya biləcəyini iddia edir.
Tezadlar.az xəbər verir ki, o, öz fikrini “Politico”-ya verdiyi müsahibədə bildirib.
“Kuba da süquta uğrayacaq. Biz neft tədarükünü, pul tədarükünü, yeganə mənbə olan Venesueladan bütün tədarükləri kəsdik. Onlar razılaşmaq istəyirlər”, – deyə Ağ Ev rəhbəri bildirib.
Tramp həmçinin Kuba hökumətinin köməyə ehtiyacı olduğunu iddia edib.
Əvvəllər ABŞ-ın İran və Venesuelaya hücumların nəticələrinə əsasən Kubaya qarşı əməliyyat keçirməyi düşündüyü bildirilirdi. Qeyd edildiyi kimi, Vaşinqton son hərəkətlərin nəticələrini təhlil edir. Hakimiyyət orqanları onları əldə edilən siyasi və hərbi məqsədlər baxımından uğurlu hesab edir.
Tramp özü dəfələrlə adanın ağır iqtisadi vəziyyəti barədə danışaraq bildirib ki, “neft, pul, heç nə yoxdur”.
E.ŞİRİNOV