Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İtaliya Tehrandakı səfirliyinin bütün işçilərini təxliyə edib.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” bu barədə İtaliya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Bütün işçilər və onların ailələri, təxminən 50 nəfər Azərbaycana təxliyə edilib”, – agentliyin mənbəsi bildirib.
Daha əvvəl Azərbaycan Dövlət Sərhəd Xidməti 260-dan çox Rusiya vətəndaşının İrandan Azərbaycanla sərhədi keçərək təxliyə edildiyini bildirmişdi.
Xatırladaq ki, 28 fevral səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Prezident Donald Tramp xalqa müraciətində Amerika və İsrailin İrana hücumlarını Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbr”lə əlaqələndirib.
İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Zərbələrdən biri Ali Lider Əli Xameneinin iqamətgahına dəyib; o, sağ qalmayıb. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücum edib.
E.ŞİRİNOV